Mədəniyyət və İrs üzrə Liderlik Proqramı 1-30 İyul, 2025

📅 Müddət: 4 Həftə | Qrafik: Həftədə 1 dəfə 2 saat-Hər həftənin çərşənbə günü saat 18:00
💰 Qiymət: 200 AZN
📍 Format: Onlayn

🤝 Təşkilatçılar: Chartered Culture and Education Institute və Azərbaycan Yaradıcı Sənayeləri Federasiyasının birgə əməkdaşlığı ilə Azərbaycan üçün ilk dəfə təqdim olunan Mədəniyyət və İrs üzrə Liderlik Proqramıdövlət sektorunda rəhbərlik və idarəetmə vəzifələrində çalışan mədəniyyət rəhbərləri, mədəniyyət müəssisələrinin menecerləri və direktorları üçün dünyanın ən nüfuzlu universitetləri olan Stanford və Johns Hopkins kimi universitetlərdən, habelə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO kimi təşkilatlrın əldə edilmiş bilik və təcrübələr əsasında xüsusi olaraq hazırlanmışdır.

Bu 4 həftəlik onlayn proqram, mədəniyyət və yaradıcı sahələrdə çalışan liderlərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları yerli və qlobal səviyyədə daha effektiv idarəetmə və liderlik üçün hazırlamaq məqsədi daşıyır.

Əsas Tədris Sahələri:

  • Mədəniyyət və İrs Liderliyinin Əsasları
  • Mədəniyyət Siyasəti və İdarəetməsi
  • İrsin Qorunması və İdarəolunması
  • Mədəniyyətlərarası Dialoq və Mədəni Diplomatiya
  • Yenilikçilik və Mədəni Sahibkarlıq
  • Mədəniyyət və Yaradıcı Sənayelər üçün Layihə İdarəetməsi
  • Qloballaşan Dünyada Liderlik Bacarıqları
  • Beynəlxalq Təcrübələr və Real Nümunələr
  • Fərdi Liderlik Planının Hazırlanması

Nə Əldə Edəcəksiniz?

✅ Mədəniyyət sahəsində strategiya və idarəetmə bilikləri
✅ Layihə planlaşdırma və icra bacarıqları
✅ Beynəlxalq nümunələrdən öyrənmə imkanı
✅ Rəsmi Sertifikat
📩 Qeydiyyat və suallar üçün: [email protected]